Həzi Həsənli : - İnkarı inkar eylə...

Ədəbiyyat 09:16 / 02.12.2023 Baxış sayı: 1603

Daha şər qarışanda

Gözlərim də qaralır,

Ulduzlar sayrışanda

Səbrim yaman daralır.

 

Tükənibdi taqətim,

Hardasan, güzar eylə...

Hanı köhnə adətin?..

İnkarı inkar eylə...

 

Heç üzümə gülmədi

küçə, çırağı sönmüş,

Zamanında ölmədim,

Fələyin üzü dönmüş.

 

Daha mənə dar gəlir,

Küçəniz seyrə dalsın,

Yaşamaq da ar gəlir,

Gecəniz xeyrə qalsın!.

 

01.12.2023