Gədəbəydəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

Gündəm 21:38 / 16.09.2023 Baxış sayı: 1745

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Yenises.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyiməlumat yayıb.

Nazirlik bildirib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.