Firidun Agazadə  -“Aa” hərfinin hikməti - 2

Gündəm 10:37 / 28.02.2025 Baxış sayı: 3729

 

Ərəb dilində "hərflər" mənasını verən “Hüruf” sözü var, əgər “hərflər elmi” (“İlm-i huruf”) ilə ilahi sirlərə çatmaq mümkündürsə, bu nizamlı hərflərin başında yenə “Aa” (əlif) dayanır. Və ya ərəb dilində “Müqəttəə hərflər” ifadəsi var, bir adı da “təhəcci”dir (heca), o hərflərin başında da “Aa” hərfi durur. Hərfləri ismi-əzəmin rəmzi sayanlar hərflərin, xüsusən “əlif”in başlanğıc əzəmətini dürüst başa düşüblər. Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanan Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Burada da, şəksiz, “Aa”ya (Əlifə) istinad olunur, çünki “Aa”nın hikməti böyükdür.

Nəymiş bu hikmət?

Mənbələrdə “A” hərfinin ifadə etdiyi mənalara baxaq.

-Məntiq elmində “A” universal pozitiv düşüncənin simvoludur.

-Hindistanda “A” uşaqların baxması qadağan olunan filmlərin işarəsidir.

-Kart oyunlarında “A” Tuzu bildirir.

-Siyasətdə “A” anarxizmin işarəsidir.

-Xristianlıqda “A” müqəddəs 3-lüyü bildirir.

-“A” pentaqramda hər guşədən oxunur (“Pentaqram” beşguşəli ulduzdur, “dünya üzərində güc, qüdrət və cəsarət deməkdir, hikmət və ruhun mənbəyidir”). ABŞ-dakı “Pentaqon” da bundandır.

- ”Slavyanlarda “A” (“Az”) əlifbanın ilk hərfi olub “Mən”i bildirir.

-“A”, Lomonosova görə, zamanın sonsuzluğudur.

-Əlkimyada “A” hər şeyin başlanğıcdır, Kainatın başlanğıcıdır.

-“A” eqonun simvoludur.

Mənbələrə görə, “Aa” hərfi eramızdan əvvəl 1600-cu ildə Finikiya əlifbasında yaranıb. “Aa” hərfinin qotik, untsial, Roman, italik, script formaları var.

(ardı var)