Faiq Balabəyli : - BİLƏM...
Mən bir tərs adamam, bir tərs adamam
bıçaq tək hirsimi doğraya billəm
Tüstü tək boğulub, alov tək yanıb
İçimi, çölümü qarsaya billəm
.
Daşı daş üstünə qoymaq nə xoşdur
nə xoşdur bir yuva qurmaq, nə xoşdur.
ətraf zülmətdirsə, demək naxoşdur
bu naxoş ətrafı ağlaya billəm.
Tutub qucağıma bu dağı bir gün
doldurub ovcuma bulağı bir gün
yamyaşıl yarpağı, budağı bir gün
alıb bu ağacdan saxlaya billəm