Bəhram Bilaloğlu - Günəş kimi doğmasan

Ədəbiyyat 19:00 / 26.05.2026 Baxış sayı: 107

Günəş kimi doğmasan,

Ay saçları burma qız.

Sən beləcə gözəlsən,

Saçlarını hörmə,qız.

 

Mənim qızım olmadın,

Dolandın xəyalımda.

Gözlərimin işığı,

Az dolan kamalımda.

 

Sənə görə sevmişəm,

Ruhumun zərif yerin.

Zərifliyin mübarək,

Çağır min tərif verim.