Əşrəf Veysəlli : - AĞLAYA-AĞLAYA

Ədəbiyyat 08:33 / 27.03.2024 Baxış sayı: 2792

 

Bu dünya nə olan şeydi-

Bildik ağlaya- ağlaya.

Açdıq ağlaya-ağlaya,

Solduq ağlaya- ağlaya.

 

Bir tamsa da,kəsirsə də,

baş aşmdıq nə sirsə də.

Beşiksə də,qəbirsə də,

gəıdik ağlaya- ağlaya.

 

Qana- qana,bilə- bikə,

Yana- yana döndük külə.

Yaşamadıq gülə- gülə,

güldük ağlaya- ağlaya.