Elnur Uğur - Düşür

Ədəbiyyat 18:03 / 10.02.2026 Baxış sayı: 176

 

Ha şəklini gözlərimdən asıram,

Mismar yeri qopur düşür.

Xatirələr gözlərimdə su salır,,

Əllərimə hopur düşür.

 

Ha söyürəm,ha qızıram alnıma.

Tər- tər damıb ha sızıram alnıma.

Eşq adını ha yazıram alnıma,

Alın yazım çopur düşür.

 

Bu daş şəklim tənhalığın rəsmidi,

İsmi sonsuz əbədiyyət ismidi.

Məndə qalan ayrılığın cismidi,

Ruhum sən- sən qopur,düşür!