Elnur Uğur - Dəyərlər salındı ayaq altına,
Ədəbiyyat
12:05 / 17.08.2026
Baxış sayı: 300
Dəyərlər salındı ayaq altına,
Ağla gəlməyəni dilə saldılar.
Tarixi yaradan dahini belə,
Cahillər lağ edib ələ saldılar.
Sısqadan,damladan sel düzəltdilər,
Süni günəş,süni yel düzəltdilər.
Cımcır qarışqadan fil düzəltdilər.
Yazıq fili gözdən belə saldılar.
Vurub sinəsinə mən- mən deyənlər,
Quru sözdən başqa de,nə bilərlər?
Dünəni dünəndə qətl eləyənlər,
Sabahın boynuna tələ saldılar.