Əlizadə Nuri - Eşqdən dodaqları çartlayan ömür

Ədəbiyyat 20:00 / 02.11.2026 Baxış sayı: 414

 

Getməyi seçdinsə, get buralardan,

Apar əllərini, kölgəsi qalsın.

Lap götür özünlə yer üzünü də

 

Tək mənə "ayrılıq ölkəsi" qalsın.

Səndə gizlənmişdim, çıxıram çölə-

Gedib dost olacam o quşlar ilə.

Dünən əllərinlə oynadığımtək

Bu gün oynayıram yağışlar ilə...

Eşqdən dodaqları çartlayıb ömrün,

Özüm də bilmirəm indi necəyəm.

...Yığacam yanıma bu adamları

Hamıya darıxmaq öyrədəcəyəm..