Ramiz Qusarçaylı - Kütlə

Ədəbiyyat 10:49 / 02.11.2026 Baxış sayı: 226

 

İran molla təlimindən coşub “iman”lanan kütlə,

İmanın bu gündədirsə, İranlığın nə gündədir...

 

Rusun işğal azarını öyüb gümanlanan kütlə,

Türklüyün bu gündədirsə, Turanlığın nə gündədir...

 

Siyasətin qirdabında solub samanlanan kütlə,

İşığın bu gündədirsə, qaranlığın nə gündədir...

 

Köləliyin ləzzətindən beyni dumanlanan kütlə,

Qiyamın bu gündədirsə, tiranlığın nə gündədir...

 

Göz yaşının vadisinə enib limanlanan kütlə,

Sağlığın bu gündədirsə, viranlığın nə gündədir...

 

Ramiz, səni çətin duyar öz namını danan kütlə

Dağlığın bu gündədirsə, aranlığın nə gündədir...