Əlizadə Nuri - 

Gündəm 09:45 / 05.10.2026 Baxış sayı: 526

 

Bir az sirr kimiyəm, qadın,

Bir az aşikar kimiyəm.

Taxtı- tacı yağmalanmış

Zavallı xotkar kimiyəm.

 

Dilini bildiyim quşun,

Qəmi canımda qurğuşun.

Ərimədim... bir koğuşun

İçindəki qar kimiyəm.

 

Mən bu qəmin adaşıyam,

Qara baxtın ağ daşıyam.

Qürbətə adam daşıyan

Üşüyən qatar kimiyəm...