Ay  Bəniz  Əliyar - Buludlar köks ötürür

Ədəbiyyat 20:44 / 05.10.2026 Baxış sayı: 220

Buludlar köks ötürür,

Göylərə sancılır ah.

Ağaclar ağlayırsa,

Payızdadır tüm günah.

 

Yuyulur çəmənlərin

Allı-güllü köynəyi.

Qarlı dağların döşü

Yenə yaman göynəyir.

 

Bu gün payız, sabah qış,

Ömür də keçir belə.

İllər mövsümlər kimi

Əl edir gülə-gülə.

AY Bəniz Əliyar