Adil Şirin - Bir eşq nəğməsi üstə
Ədəbiyyat
10:36 / 05.10.2026
Baxış sayı: 410
* * *
Bir eşq nəğməsi üstə,
Havamızı çalır zaman.
Sənin sevgindən savayı
Hər şey yalanmış, yalan.
Qol götürüb oynamadım,
Hamı tək alın yazıma.
Mənim ömrüm bir röyadır,
Mənim ömrümü yozma.
Sənə verdiyim ürəyim,
Bükülür yarpaq-yarpaq.
İndi hardasan, harda?
Ölüm yaxın, sən uzaq...