Təranə Məmməd - Bu başqa payızdır...
Yarpaqlar solur, tökülür,
Düzlər xəzələ bükülür.
Gəlişi elə bil işvədir, nazdır,
Bu başqa payızdır...
Ömrün payızıyla qoşa, tən gəlir,
Xəbərsiz-ətərsiz, qəfildən gəlir.
Qızıl payız fəsli Tanrı payıdır,
Bu başqa payızdır...
Ruhları oxşayır payız axşamı,
Qəlblərdə odlanır məhəbbət şamı.
Dörd yanı xəzəlli eşq adasıdır,
Bu başqa payızdır...
Fəsillər dəyişir, dolanır aylar,
Hər insan ömründə neçə payız var,
Bəlkə də ömrümün son payızıdır,
Bu başqa payızdır..