Bəhram Bilaloğlu- Mənim axtardığım giliz kimidir...

Ədəbiyyat 10:27 / 05.10.2026 Baxış sayı: 2435

Mənim axtardığım giliz kimidir,

Parçası dağılsın,ibrət alsınlar.

Sürətə tuş gəlsin zaman qülləsi

Adamlar imanla yerə salsınlar.

 

Böyüsün gözümdə əyilsin dizə,

Sarsılsın harama olan baxışlar.

Ey gözü kölgəli,qıyıq gözlülər

Qaranlıq gecədə olmaz naxışlar.

 

Ulu məhəbbətin sevda iziyəm,

Sevgilər gül açır söz bostanımda.

Sınan ürəklərə toxunmayanlar

İz sala bilməzlər söz dastanımda.

 

Səpirəm qəlbimin qoxu,ətrini,

Duyan adamları düzə çıxarım.

Ümidi mən olan,mənsiz bəndələr

Allaha əl açın izə çıxarım.