Əlirza HƏSRƏT - QOCALDIM

Ədəbiyyat 09:00 / 03.12.2025 Baxış sayı: 1536

 

 

Gah söz-söz töküldüm,gah yarpaq-yarpaq,

İstəsən,könlümü yüz yerdən yar,bax.

Suyum alın tərim,çörəyim torpaq,

Süfrəmə gəlincə ruzum,qocaldım.

 

Hər çiçək şehində gözlərim çimdi,

Arxamca su atan o qərib kimdi?

Sənin həsrətinə ibadətimdi,

Eləyə-eləyə təzim,qocaldım.

 

Sərhəd dirəyidir qapın,döyürəm,

Hayana baş vursam,sənə dəyirəm.

Gördü hər gözələ tərif deyirəm,

Od tutdu sinəmdə sazım,qocaldım.