Əlirza HƏSRƏT - DOSTLARI
(Sevimli şair dostum Əkbər Qoşalı üçün)
Dünyanın ən xoşbəxtisən,
Tapsan ürək,sirr dostları.
Sevib oxuyasan gərək,
Kitab kimi pir dostları.
Dostun varsa ömrə naxış,
Sənə neylər fitnə,qarğış?
Məni döyəndə qar,yağış,
Tutmuşam çətir,dostları.
Hər dostum bir dost yaşında,
Dostu var vallah,daşın da.
Bu isti ocaq başında,-
Soyudan nədir dostları?
Dost bağlnda bir qala tik,
Baş əyəcək sənə hər dik?
Biz də itib gedəsiyik,
İtirsək bir-bir dostları...