Bəhram Bilaloğlu - Durduğum nöqtədən qibtə etmişəm

Ədəbiyyat 09:25 / 17.05.2026 Baxış sayı: 1963

Durduğum nöqtədən qibtə etmişəm,

Günəşə bənzərdi — isti, mülayim.

Yolların izində ayrıca düşməz,

İzinə düşəndən olmuşam qaim.

 

Göyə çəkilmişəm, yer mənim deyil,

Torpağa düşməyə əsa gəzirəm.

Mən siz dediyiniz həddə çatmadım,

Haqqı qorumağa İsa gəzirəm.

 

İçimdə durulur qəlblərin suyu,

Qazmayın eşqimə dərin min quyu.

Göydə gördüyünüz qızılı ayı

Alıram imana, əda gəzirəm.

 

Hislərim dumana çevrilib hər an,

Aldığım təqvada dövr edib zaman.

Ən yüksək zirvəni fəth etsə adam,

Adamın içində bəla gəzirəm.

 

16.05.2026