Ələsgər Əlioğlu - FÜZULİ QOYMADI   ŞAİR OLMAĞA

Ədəbiyyat 09:33 / 17.05.2026 Baxış sayı: 658

 

Füzulişünaslara ehtiramla

Söz-söz pöhrələdi gözümdə aləm,

Misraya düzüldü gah sevinc, gah qəm...

Amma heç əlimə yatmadı qələm,-

Füzuli qoymadı şair olmağa.

 

Duyğular köksümü döydü qapıtək,

Heca-heca açdı hər gül, hər çiçək...

Qovrulub qalsa da sinəmdə ürək,

Füzuli qoymadı şair olmağa...

 

Min yol alışsam da,

Min yol yansam da,

Şeiri ən əziz balam sansam da;

Tanrının gözündən oğurlansam da,

Füzuli qoymadı şair olmağa!..

199