Adil Şirin- YADINDAMI...

Ədəbiyyat 09:50 / 17.05.2026 Baxış sayı: 588

·

 

Yadındamı o axşam,

O axşam şəhərə yağış yağırdı.

Yağış sənin saçlarindan

Damla-damla süzülürdü, axırdı.

Pəncərələrin işıqları

Ürkək-ürkək göz qırpırdı yağışda,

Şəhərdə dağ havası vardı.

Quşlar kədərliydi yuvalarında,

Yaşıl donlu ağaclar bəxtiyardı.

Yadındamı, sən də yaşıl geyinmişdin,

Sən görüşə gəlmişdin o gün,

Bir son ayrılıq üçün...

Gözlərin dolmuşdu, ağlayırdınmı,

Ağlayırdınmı, anlayammadım?

Dodağından çıxan sözlər

Edam hökmü kimi ağırdı.

Yağış isə yağırdı...

Hey yağırdı...