Əbülfət Mədətoğlu - İstəyirəm
Ədəbiyyat
09:01 / 21.05.2026
Baxış sayı: 346
Şipşirindi dodaqların baldan da
Gözüm doymur yanaqdakı xaldan da!
Çiynindəki o sürüşən şaldan da -
Asılmaq istəyirəm!
Qulaq asıb ürəyimdə dinənə
Boylanıram bu günümdən dünənə!
Bir ömürlük sevgi üçün sinənə -
Qısılmaq istəyirəm!
Sən olmayan yerin, göyün qatında
Mənasızdı zər-ziba da, altun da!
Kölgə salan kipriklərin altında -
Qızınmaq istəyirəm!