Ehtiram Ilham : - Bağışlayarsız.
Yerə sığışmadım, göyə enmədim,
O göyü bu yerə bağışlayarsız.
Xeyir adamlardan bir şər görmədim,
Bir xeyri yüz şərə bağışlayarsız.
Kim hara ləngidi, hardan tələsdi,
Kimin nəfəsini kəsən həvəsdi...
Görüb, gördüyünü - görənə bəsdi,
Kim bir də nə görə, bağışlayarsız.
Kimin ki canına nəfs hakimdi,
Haramı bir aləm, halalı kəmdi.
Yaxından görmədiz Ehtiram kimdi?
Uzağı bu şeirə bağışlayarsız.
8.11.24