DİN-dən bir yaşlı uşağın bağçada döyülməsi iddialarına - REAKSİYA (FOTOLAR)

KRİMİNAL 20:35 / 19.09.2022 Baxış sayı: 2087

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddiası ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.

YNazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, körpələr evində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə  də ərazi üzrə polis orqanına hər hansısa bir müraciət daxil olmayıb. Ancaq xəbər saytlarında dərc olunan iddialarla bağlı körpənin valideyni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

15:07

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddia olunur.

Bu barədə  azyaşlının anası Fidan Cavadova məlumat verib. O bildirib ki, bir neçə gün öncə oğlunu Mingəçevir şəhərində yerləşən 15 saylı körpələr evində qoyub:

"Oğlum cəmi bir neçə gün həmin bağçaya getdi. Sonuncu dəfə onu bağçadan götürəndə qoluna müxtəlif xəsarətlər yetirildiyini gördüm. Tərbiyəçi boynuna almasa da, xəsarətlərin böyük adam tərəfindən yetirildiyi aydın şəkildə görünür. Bunu uşaq edə bilməz", - deyə o qeyd edib.(unikal0

 

 

  • DİN-dən bir yaşlı uşağın bağçada döyülməsi iddialarına - REAKSİYA (FOTOLAR)
  • DİN-dən bir yaşlı uşağın bağçada döyülməsi iddialarına - REAKSİYA (FOTOLAR)