Şakir Xanhüseyn : - ehtiyacdan gəlməmişəm qapına,

***
ehtiyacdan gəlməmişəm qapına,
bir duyğu, hiss gətiribdi gəlmişəm.
dayanmağı bacarmıram bir yerdə,
fikir məni götürübdü, gəlmişəm.
uzaqdadı mənə baxan gözlərin,
demirəm ki, ağır gəlir sözlərin;
bir bulaqdan axıb gəlir sözlərin,
quru idi, gözlərimə gəlmiş nəm.
səntək gözəl çiçək handa, gül handa,
duruxuram səninçün gül alanda.
görürəm bir gül
gül tutub əlində,
ay ürəyim, indi yanıb pörşələn...