Xatirə Fərəcli - AĞRILARIMIN HEYKƏLİ
Içim-çölüm ağrıdır,
damır gözümdən ağrı,
şeirə çapıram,
elə şeir kimiyəm özüm də,
fikir vermə,
heykəl yonuram sözə.
Hisslərim budaqda
çırtlamağa başlayan çiçək düyünü,
açılmağa müntəzir,
dünyanı
ovcuma ala biləcəyim məqamdır,
dindirmə məni.
Şeirlərim –
əzablarımın doğduğu sevinc,
ağrılarımın heykəli.