Xatirə  Rəhimbəyli - Bir sözüm var ürəyimdə deyimmi

Ədəbiyyat 09:02 / 13.10.2026 Baxış sayı: 553

Bir sözüm var ürəyimdə deyimmi

Eşqn mənim ürəyimdə xal oldu

Mənim sözüm səndən sonra dil açdı

Sənin sözün məndən sonra lal oldu

 

Yalan oldun günahlara büründün

Duman oldun zirvələrə süründün

Güz günəşim , hərdən- hərdən göründün

Naçar könül həsrətinə qul oldu

Üz çevirdin gedər-gəlməz yollara

Könül verdin könlü qara qullara

Miskin könül düşdü qanlı çöllərə

Ümidlərim yanıb-yanıb kül oldu

Suç işlədin Tanrı keçmir suçundan

Tükənmisən ruhun ölür acından

Ayrı düşdün aşiqlərin köçündən

Qəlbin gəlib-gedənlərə yol oldu