Ağaevli Əli Hacı - YUYURAM

Ədəbiyyat 09:23 / 13.10.2026 Baxış sayı: 561

Söz deyirəm,təsiri yox

Şor su ilə baş yuyuram !

Ağzım-diliin əsir yeri,

Dil dişləyib,diş yuyuram !

 

Qabağı yox,çox arxası

Çox yaltaqsa,çıx arxasın !

Haqsızların bax,arxasın

Quru qoyub,yaş yuyuram!

 

Dünyanı göydən asmışam,

Mən də,ondan asılmışam !

Öz günümə yandırıb şam,

Baş daşıma daş yuyuram