Şakir Xanhüseyinli - SAC

Ədəbiyyat 12:05 / 13.10.2026 Baxış sayı: 491

 

Sac,

işıq da saç,

lap odda belə,

insan həm də işığa ac...

Süfrə sərin,

quru odun,

çırpı gətirin,

sacın altını salın,

o ki soyuqluq sevməz,

bir az isti olun...

Bu yurdun

hər yerinə yayılaq

qış ola, yay ola;

köçəköçdə sacımızı götürək,

unudaq acımızı...

Sac

sacayaq üstündə--

baxın, üç ayaq üstündə...

Taxta tabaq, ağ-ağ kündə,

lavaş bir qulac,

eh, qara sac, qara sac...

Qara sacım ağ üzüm,

kimə baxır bəxt gözü...

yada düşür fəsəlili, fətirli,

gül ətirli nənələr...

Bərəkət qoxusu bürüsün ətrafı,

ocaqda sac,

qabar-qabar zərif əllər, yuxanı aç...

deyilsən nahaqçı, sən haqçı,

ocaq qala, ocaqçı