Ayaz Arabaçı : - GƏLİR
Allah ordumuzu qorusun!
Düşmən yenə dinc oturmur..
***
Sən daha da amansız ol yağıyla,
Al əlindən nəyi varsa çək, gətir.
Tanklarınla sağdan-sola şırımla,
Sinəsində qaratikan ək, gətir..
Laxlamasın qüdrətinin dirəyi,
Cəsur qəlbin onaylasın bu rəyi,
Sənə köçüb Mübarizin ürəyi,
Bir qoşunu sal önünə, tək gətir.
Səninkidir od nəfəsli köhlən at,
44 günlük o zəfərdən bir də dad,
Tanıyırsan qatilləri adbaad,
Hər birinin qollarını bük gətir..
Uğur olsun, öpüm səni yaxın gəl,
İndi bu dəm yox savaşdan başqa həll,
Harda görsən, harda tutsan əlbəəl,
İsti-isti sinəsinə çök gətir.
Çoxdu sənə ürəyimin sözləri,
Buna səni məcbur edir özləri,
Bu vətənə xain baxan gözləri ,
Tök ey, qartal caynağınla tök, gətir.
Hər biriniz bir od oğlu-Od,Ər..get..
Tanımısan qapımızı kədər get,
Sən bu dəfə İrəvana qədər get,
Paşinyanın ciyərini sök gətir.