Ağaevli Əli Hacı- Öz dağımdan,öz üzümə

Ədəbiyyat 11:25 / 18.09.2026 Baxış sayı: 136

Öz dağımdan,öz üzümə

Sınıq güzgüdən baxıram !

Gəlib-getməyən qonağım-

qəmdir,uzaq buraxmıram !

 

Bu al-verdə çox uduzdum,

Toyda oynaya bilmədim !

Elə qaçırtılar dünyadan,

Daha,özümə gəlmədim !

 

Nəfəs aldım öz eşqimə,

Səsim bazara çıxmadı !

Haqqın yoluyla yeridim,

Yerim gülzara çıxmadı !

 

Sözü gətirdim ölçüyə,

Gözü itirdim görməyə !

Öz külümün altındakı,

Közü götürdüm ölməyəm !

 

Olmağa dərs buraxmadım,

Gündəliyə tərsi düşdü !

Vətəni yedilər,mənə

Yeməyə dərisi düşdü !