Ağaevli Əli Hacı - MƏN
Anam,tutub əllərimdən
Gəl,apar uzağa məni !
Bunlar,bir gün öldürtdürər
Balan,mən yazığa məni !
Sətir-sətir,misra-misra
Söz ağlayıb,od qusuram !
Əyər,bu isə qüsurum
Gəl,apar acığa məni !
Sevib getdin,qərib getdin
Canıma can verib getdin !
Bilə-bilə öyrətmədin,
Bu şaxta,sazağa məni !
İtib dəftərim,qələmim
Ağzımda donub kəlamım !
Dağılıb könül aləmim,
Göy yox,yerdən yığa məni !
Əldən tutan yoxdur daha,
Dildən tutan,sözdən baha !
İşim düşəndə Allaha,
Çəkir sola,sağa məni !
Anam,tutub əllərimdən
Gəl,apar uzağa məni !
Bunlar,bir gün öldürtdürər
Balan,mən yazığa məni !