Ağaevli Əli Hacı : - İlahi...
İlahi ! Qəribə bir yol salmısan,
Elə salıbsan ki,gedəm tək kimi !
İlan boğazından çıxıb uzunu,
Enin də tikilib dar köynək kimi !
Bir az yana çıxsan,bəndə düşərsən
Dayansan bu yolu tapdanacaqsan !
Qabağa getməyin mərc oyunudur,
Bəxtin gətirməsə,yandıracaqsan!
Qanadım olmadı göydə yol salam,
Sular da dəyişdi axarın mənə !
Quruya çıxmağa baxdım aşağı,
Göydən bulud yağdı,yuxarı mənə !
Bu yola işıq sal,durulsun bir az,
Yağışım,qarım var,qalar su altda !
İlahi ! Ömürdü,yeyib keçirəm,
Keçirəm ruhumun kölgəsi altdan !
Bu dar yoldan,bir yar yola
Çıxar məni bir var yola !
İlahi ! Gəl,ötür barı
Bu dar yoldan,o gor yola !