Ağaevli Əli Hacı : - Apar

Ədəbiyyat 11:39 / 04.08.2024 Baxış sayı: 2515

Dağın da öz dağı olur,

Dər,sinədən gülün apar !

Anamdan diri doğuldum,

Bəxtdən ölü,ölü apar !

 

Tut əlindən bu vaxtımın,

Üstün su basıb taxtımın !

Söyməsinlər qoy,atamı

Göra üzü sulu apar !

 

Anası ölsün bu qışın,

Yaz,yaya da vurur başın !

Hər bir şeyin yetişmişin,

Dərdin-qəmin kalın apar !