Adilə Səfərova : - Payız mənə çox oxşayır..
Hər fəsilin bənzəri var,
Payız mənə çox oxşayır,
Naxışında köz zəri var
Payız mənə çox oxşayır.
Bilinmir sevinci, qəmi,
Qurumaz könlümün nəmi.
Tufanlara dözən gəmi,
Payız mənə çox oxşayır.
Bulud-bulud axışıyla,
Çiskiniylə, yağışıyla.
Küskün-küskün baxışıyla,
Payız məñə çox oxşayır.
Xəzanı yaşıldı dünən,
Rüzgarlar diliylə dinən.
Sınıq qəlbi neyə dönən,
Payız mənə çox oxşayır.
29 oktyabr 2018-ci il