SÜLEYMAN ABDULLA : - KİMSƏ

Ədəbiyyat 12:15 / 07.09.2024 Baxış sayı: 775

 

Çəkdi nəfəsini içinə gecə,

Tövşüyən yol idi, ya yolda kimsə.

Ağırı özündə qərq olmaqdı, dost,

Ha batdı dəryada, ha yolda kimsə.

 

Hərənin ömründə var sonuncu qış,

Sonra nə qar yağar, nə də ki yağış.

Bir üzü alxışdı, bir üzü qarğış,

Kimsə bay olmada, bay olda kimsə.

 

Yamanmı yaxşıdır, yaxşı yamanmı,

Hansı doğru olar,- andmı, amanmı?

Dəyişən bizikmi, yolmu, zamanmı,

Baxmır sözümüzə ta yolda kimsə...