Şakir Xanhüseyn : - SOYXA
SOYXA
(Sonet)
Dost, hər kəs öyünür öz soyxasilə,
hər gün bir soyxanı təzələyirsən.
Biriylə ürəyin gəlmir yerinə,
soyxanı soyxanın üstə geyirsən.
Ağ köynək geymisən, kəfən ki deyil;
dar gəlir əyninə, ah, soyxa qalmış.
Bir mirət gərəkdi bürünəsən, bil,
keçmir e əlinə, vah, soyxa qalmış.
Özünmü edirsən səbirsizlik, ya
səsinmi qışqıran: ey, soyxam hanı.
Neçə dəst çinlənir qabağındaca;
indi götürəsən hansı soyxanı.
Onu dərk elə ki, soyxa bir şeyə
Bir anda tapılır nə qədər yiyə...
11.11.2024