Lilpar Cəmşidqızı :  -  QƏZƏL ( Əlidən yaz.)

Ədəbiyyat 11:50 / 14.01.2025 Baxış sayı: 480

Əli(ə.s) mövluduna

 

Olmuş bu bəşər hüsnünə heyran, Əlidən yaz,

Nurdan yaradıbdır onu Canan, Əlidən yaz.

 

Heç kim ala bilməz bu könüldən Əli (ə s) eşqin,

Ey dil, sənə Allah verib imkan, Əlidən yaz.

 

Bir Aydı, Günəşdir işığından gülür aləm,

İllər yola salmış neçə dövran, Əlidən yaz.

 

Aləmdə O, məzlumə kömək eylədi hər dəm,

Göndərdi bizimçün onu Mövlan, Əlidən yaz.

 

Gör bir neçə ildir belə həsrət çəkirəm mən,

Çıxmır ürəyimdən qəmi- hicran, Əlidən yaz.

 

Bir nuri müqəddəsdi, cahan mülkünə gəlmiş,

Cənnətdə yazılmış ona ünvan, Əlidən yaz.

 

Lilpar, nə qədər vəsf eləsən, bax, yenə azdır,

Etməz səni aləmdə O peşman, Əlidən yaz.