Şakir Xanhüseyn : - PAYLAŞ BİR XATİRƏNİ...

Ədəbiyyat 09:16 / 09.01.2025 Baxış sayı: 405

 

paylaş bir xatirəni, mən də o xatirədə,

mən də o xatirədə varam, əzizim, varam.

kaş SƏN çox-çox uzaqdan

bir salam yetirə də,

bir salam yetirə də bəlkə sağala yaram...

ikimizin arası gözlə qaş arasıdı,

gözlə qaş arasıdı-

əl çatar da, çatmaz da...

bu dünya-sığınacaq iki daş arasıdı,

iki daş arasıdı bunu daha

anla ha...

sənə əl yetirərəm, əlimi kəsmərəm heç,

əlimi kəsmərəm heç

yaxşıdan, yaxşılıqdan...

yerdən, göydən və səndən

əlimi üzmərəm heç,

əlimi üzmərəm heç,

küsmərəm heç yolumu, vallah, bağlayan haqdan!