Əlisəfa Azayev : - SON DAYANACAQ
O gün Əhməd kişinin sərbəst günü idi. Bir müddət sahil parkında gəzindilər, çay içdilər... Arada da lap pivə ilə üstələdilər... Hava çox isti, bürkü idi. Axşam evə gələndə gecədən xeyli keçmişdi... Saat on ikiyə qalmışdı... Avtobusdan düşəndə sürücünün narazı səsini eşitdi:
- Düşün də, qızım...
- Mən...
- Sizinlə deyiləm?!. Düşün də, sonuncu dayanacaqdı!...
- Mən düşüb hara gedəcəyəm ki?!.
- Bunu mən nə bilim?!. Mənə nə dəxili?!.
Əhməd kişi bir anlıq ayaq saxlayıb, geriyə çevrildi. Hələ də avtobusda əyləşmiş, yerə düşmək istəməyən qıza baxdı. Ona kömək etmək istədi:
- Düz deyir, qızım, düşün... Bura sonuncu dayanacaqdı...
- Bilirəm, – deyə qız narazı halda yerindən qalxıb düşəndə sərt şəkildə kişiyə baxdı, – mənim vəziyyətimdə olsaydınız bu sözləri deməzdiniz.
- Siz hara getmək istəyirdiniz ki?
- Cəhənnəmə... Polis şöbəsinə aparın məni...
- Bir az səmimi olun...
- Necə səmimi olum?! Qalmışam belə çöldə...
Qız beləcə deyinə-deyinə taxta skamyaların birində əyləşdi. Tərs kimi buralar da yaxşı təmizlənməmiş, işıqlandırılmırdı. Kişi əlacsız qalıb, gələrək onun yanında əyləşdi. Dilləndi:
- Qızım, adınızı da bilmirəm...
- Gülçiçək...
- Çox yaxşı... Gülçiçək qızım, bura şəhərdi. Sən də beləcə köməksiz, tək-tənha... İstəyirsən gəl gedək bizə... Ziyan çəkə bilərsən...
Qız onun bu sözlərinə güldü:
- Eh... Daha hər şey olub... Nədən qorxacağam ki?!. Onsuz da korlanmışam.
- Sən onu demə... O qədər əzazillər, bedasıllar var ki...
Əhməd kişinin son vaxtlar həyat yoldaşı Ziba ilə arasında mübahisələr, problemlər yaranmış, qadın da acıq edib, bu səbəbdən rayona getmişdi. Vaxt keçsə də, gəlib çıxmaq bilmirdi. Acığa düşmüş kimi o da zəng çalmırdı.
Bir azdan onun səsi eşidildi:
- Yaxşı, nə deyirəm ki...
- Əlini onda bəri ver...
- Mən əlimi hər kişiyə verən qız deyiləm.
- Ay qız, nəvəm yerindəsən, indi durub sənə tamah salacağam?..
Qız kişinin bu sözlərindən acıqlanan kimi oldu. Ancaq bir anlıq ayaq saxlasa da, sonradan onun arxasınca addımladı. Kişi dedi:
- Bura qaranlıqdı... Büdrəyib yıxılarsan... Ona görə belə dedim. Polisdə elə bilirsən nadürüstlər yoxdur?...
- Sən qoca, mən cavan... Yaxşı olar ki, elə mən sənin əlindən tutum da.
- Mən bu yerlərə bələdəm, sən yox...
- Hə... Bu başqa...
- Təhsillisən?..
- Orta məktəb qurtarmışam. Rus sektorunu...
- Deyirəm də... Ona görə belə açıq-saçıqsan...
- Nolub, buynuz çıxarmışam?
- Elə onun kimi bir şeydi.
Onlar həyət qapısına varid olanda qonşuluqda yaşayan, hamının içki azarkeşi kimi tanıdığı Qəşəm soruşdu:
- Əhməd kişi, bu qız kimdi?
- Köhnə qohumlardandı...
- Çox yaxşı... Xe...xe...xe...
Qəşəmin beləcə qımışaraq keçməsi onu təsirləndirdi. Evə girəndə isə qız soruşdu:
- -Bəs evdə adam yoxdur?.. Ailəli deyilsiniz?..
Kişi əlacsız qalıb hər şeyi ona danışdı. Qız inad elədi:
- Yox... Nə danışırsınız, mən belə bir yerdə qala bilmərəm. Bunu əvvəldən deyə bilməzdiniz.
- Elə dır-dır dırıldayırdın da, bir imkan verdin ki...
- Yox, çox bic kişiyə oxşayırsan...
Əhməd kişi bu sözlərinə görə onu töhmətlədi, qınadı:
- Əyibdi, danışığını bil. Mən səni məcbur etmirəm ki... Gedirsən get də... Qapını ki, hələ bağlamamışam. Açıqdır...
- Bəs gecənin bu vaxtı evdən çıxanda məni görsələr, onlara nə deyim?!.
Elə bu an telefon zəng çaldı. Yaxın qonşuları Kərim idi. Soruşdu:
- Əhməd, deyəsən Ziba qayıdıb gəlib evə?!.
- Kim?!.
- Arvadın da...
Kişi əsəbi halda dəstəyi aparatın üstə qoydu, gileyləndi:
- Bu camaatın başı xarab olub ey. Elə bil ki, mənə nəzarətçidirlər.
Qız da söhbəti eşitmişdi. Sakit halda dedi:
- Özünə niyə problem yaradırsan ki?! Getsəm daha yaxşıdır.
- İki söz var, ikisini də özün deyirsən.
- Sənsən də... Oturmuşdum orada... Təkid etdin, məni də pis vəziyyətdə qoydun.
Kişi paltarını soyuna-soyuna dedi:
- Heç narahat olma. İt hürər, karvan keçər. Dur bir çay qoy içək. Nəvəm yerindəsən, indi durub sənlə məni bəzəyəcəklər?!
- Niyə bəzəmirlər ki? Kişi deyilsən...
- Ay qız ağzına gələni danışma. Sənin neçə yaşın var?..
- On doqquz...
- Mən isə altmışı beşi keçmişəm... Bu gün-sabah yetmiş olacaq.
- Ancaq çox cavan görünürsünüz. Bu yaşı sizə vermək olmaz.
Kişi əlacsız qalıb özü çay qoyası oldu. Soruşdu:
- Ac deyilsən ki...
- Bir az yemək pis olmazdı.
- Verim də... Yaxşı toyuq qızartmamız var.
- Zəhləm toyuqdan gedir.
- Kolbasa da var.
- Hansından?
- Halaldan...
- Gətirin də...
- Sən də heç olmasa çörək doğra da.
- Baş üstə...
Çörək yeyəndən sonra qız yuxulu kimi göründü. Soruşdu:
- Mən harada yatacağam, yorğunam?
- Harada istəsən...
- Bu sözlərin heç xoşuma gəlmədi.
Kişi pərt halda dedi:
- Yəni demək istəyirəm ki, sərbəst, tək... Qonşu otaqda yata bilərsən.
- Çarpayıda, yoxsa divanda?..
- Yerdə...
- Bu olmadı ki...
- Daha niyə inciyirsən ki?!. Elə sən soruşduğun üçün dedim. Qonağa böyük hörmətimiz var. Sən qonaqsan...
- Ancaq məni gecə narahat etməyin ha... Yuxudan yarımçıq durğuzanda çox pis oluram.
- Səninlə kimin nə işi var?!.
- Yerimin ağları dəyişdirilib? Bir az sofuluğum var. Çirkli yerdə yata bilmirəm.
Onun bu sözləri kişini lap haldan çıxardı. Soruşdu:
- Heç özün barədə bir söz demədin.
- Ailəli idim, boşanmışam...
- Çox pis... Nədən?..
- Dedim axı...
Əslində isə qız bu barədə ona heç nə deməmişdi. Fikrini dolaşdıran kimi idi:
- Ərim Rusiyaya işləməyə getmişdi. Mən də bir gün birinə qoşulub, onun yanına getdim. Nə qədər gözləmək olardı. Gəlib çıxmaq bilmirdi. Sibir tərəfdə idi... Tumendə... Çukçaların yanında...
- Bax da...
- Yanında olanda çox qəribə mənzərələr müşahidə elədim. Elə bir çukçanın evində qalırdı. Demə, münasibətdə imişlər. Bir gün onları yaxaladım da... Hər ikisi kövrəlib ağladı. Əlimdə silah vardı axı, onları vura bilərdim.
- Lap bir yerdə?..
- Eh, siz nə danışırsız?!. Lap bir yorğanın altında... Qadın yerindən qalxıb, ayaqlarım altına düşdü: “Prostite!.. Prostite, doçenka!..” deməkdən yorulmurdu. Hər ikisi sərxoş, içkili idi...
Bir azdan qız onun üçün hazırlanmış otağa keçdi. Yatacağı çarpayı hazır idi. Kişi otaqdan çıxandan sonra bir müddət güzgü önündə qaldı... Elə lüt-üryan, paltarsız... İri vücuduna, əndamına baxmaqdan yorulmurdu. Döşləri lap qabaran kimi idi. Onları hislə sıxmacaladı, özünü dilxor halda üzü üstə yatağa çırpdı. Gileyləndi:
- Qoca uzunqulağın əlində qalmışam da... Düzdü, sağ olsun, mənə yer verdi, rahatlıq yaratdı. Ancaq ruhumu sakitləşdirə bilmir. Dindara, inanclı kişiyə oxşayır...
Kişi isə yerinə girsə də, hələ də onun haqqında fikirləşməkdə, gileylənməkdə idi:
- Qız uşağıdı da... Heç nədən bədbəxt olub... Heç nədən ailəsi dağılıb. Oğlan köpək oğlunda da az yoxdu da. Evlənmisən, aza qane ol, otur evində də...
Beləcə sonsuz fikirlər arasında arada qız tərəfə keçdi. Hələ də otağın işığı yanırdı. Sakitcə qapını döydü. Qız eşitmədi. Ehtiyatla qapını açdı ki, işığı söndürə bilsin. Bu an qız bütün çılpaqlığı ilə gözləri önündə dayandı. Sanki oyaq olsa da, dillənmədi... Kişi işığı da söndürmədən diksinmiş, həyacanlanmış halda geri qayıtdı. Bir andaca haldan-hala düşməyə başladı: “Aman Allah, yəni bu yaşında yolumu azım?! Belə də iş olar?!.” Onda necə də gözəl bədən vardı... Bir beləsini heç vaxt görməyib... Heç vaxt sığallamayıb... Heç vaxt öpüb-oxşamayıb...
Kişi bu fikirlər arasında özünü lənətləyə-lənətləyə, şeytanı söyə-söyə şirin yuxuya getmişdi ki, qız yatan qonşu otaqda əvvəl zəif bir səs eşitdi. Sonra isə sanki kimsə bağırdı, çığırdı... Yarıçılpaq halda ora qaçası oldu...
İçəri girən kimi qızı adyala bürünmüş halda çarpayının üstə o tərəf-bu tərəfə gedən, qaçan gördü... Birdən özünü ona tərəf ataraq səsləndi:
- Siçan!.. Siçan!..
- Qorxma! Olsun da!.. O da bir canlıdı.
Qız ona sığınmış halda pıçıldadı:
- Necə bəyəm “olsun”, “canlıdı”?!. Mən ondan qorxur, iyrənirəm axı.
Kişi and-aman elədi ki, onların evində heç vaxt siçan olmayıb:
- Nə deyim, bəlkə də, indi var. Daha bu qədər səs-küy qaldırmağın adı nədi.
- Deyir ey... Ya bayus!.. Mən burada yata bilmərəm...
Əlacsız qalıb dedi:
- Onda gəl mənim otağıma.
Orada isə elə onunla taxtda bir yerdə uzanası oldu. Əvvəl sakit dayanmışdı... Bir azdan soruşdu:
- Əmican, yatmısan?..
- Həm yox, həm də hə...
- Bu necə olur...
- Sənin siçanı gördüyün kimi.
Dedi:
- Bizim rayonda dövlət bankında bir kişi işləyirdi. Qarovulçu idi. Elə sizin yaşda olardı. O vaxt aralıqda bir səmə qız gəzir, nadinc oğlanlar ona sataşır, ələ salırdılar... Bir gün həmin qoca kişi bu qıza tamah saldı... Onu içəri, yanına çağırdı... Rayon yeridi də... Gözü götürməyənlər dərhal bunu müdirə bildirdilər. O da işindən qorxan adam idi. Tez-tələsik milisə xəbər verdi, özü də ora gəldi... Kişi də arif adam imiş. İşini görən kimi qızı oradan uzaqlaşdırmışdı. Heç nəyi kişiyə sübut edə bilmirdilər. Bu an həmin səmə qız ora gəlib, nə desə yaxşıdı: “Mənim alt paltarım – tursikim burda qalıb ey...”
Əhməd kişi onun bu sözlərinə özünü saxlayıb gülsə də, yenə də qızla işi yox idi. Ancaq bir azdan hiss etdi ki, sanki arxasında bir odlu kürə var. Qız hissə qapılıb onu qucaqlamış, narahatlıq içində çırpınırdı...
- Hə bu da mən... – deyə o qız tərəfə çevrilərək, pıçıldayanda, qız onun bədəninə əl gəzdirərək dedi: “Yox, elə sən də istilənmisən... Ancaq səni hələ döyüşə hazırlamaq lazımdı...”
Onu öpüb oxşaya-oxşaya dedi:
- Məni ərim qaçıranda heç on üç yaşım tamam deyildi. Elə kolluqda ayaq üstə üzümü açdı.
- Çox pis... Elə bu səbəbdən bu gün beləcə günə qalmısan da...
- Yaxşı... Mühazirəni sonraya saxla... Sənin bu bədənin nə zəifdi...
- Ay qız, kiri... Bir az uzaqda yat, uzan...
- Daha yox... Cidanı suya vermisən... Məndən pis haldan çıxmısan... Yoxsa, sənin də gözünə siçan görünür...
- Bəlkə də...
Əhməd kişi ömrü boyu nizamlı bir həyat yaşamışdı. Bu biabırçılığa o necə dözəcəkdi. Ancaq amansız şəhvət hissi onu elə bir pis yerdə qarşılamışdı ki... Qız səsləndi:
- Səndə hərəkət yoxdur... Gəlsənə mənə meydan verəsən?
- Elə meydanda sənsən də...
- Çox gözəl... İndi səni məşq etdirəcəyəm...
- İdaman dərsi keçəcəksən?!.
- Yox... Bunu mənə orada, Rusiyada öyrədiblər...
- Axırı elə elə... Məni öldürmə, qoca kişiyəm...
- Ey, cudak... Yenə danışdı da...
- Elə saqqalıma yaxşı söyürsən. Səni mən axı bu evə niyə gətirdim?!.
Qız sanki bu sözləri eşitmir, öz işində idi. Hiss olunurdu ki, nə vaxtdandır kişi üzünə həsrətdi. Həqiqi mənada belə idi... Kənddən kənara çıxa bilmirdi. Bu məqsədlə də elə baş götürüb şəhərə gəlmişdi. İşləmək, evlənmək istəyirdi. Bəxtinə gör kim çıxmışdı... Kişi səsləndi:
- Yaxşı, tamaşanı qurtar...
- A kişi, nə qurtar?! Bu hələ jurnaldı... Kinonun başlamasına hələ var... Səhərə kimi səni rahat buraxan deyiləm. O ki var səni ovxalayacaq, sığallayacağam...
- Atan rəhmət, bu çox yaxşı...
- Sən də məni öp, sığalla da... Əllərin qurumuyacaq ki...
- Oranı da... Bax belə... Sonra deyirsən ki, yaşım keçib, mən heç nə bilmirəm...
- Keçələ halva yemək yaraşmır?...
- Niyə yaraşmır, ye də...
- Ağ eləmə, ədəbli ol...
Arada qız özünü ona elə sıxdı ki, az qala başı döşləri, qıçları arasında qalsın... Çığırdı:
- Köpək qızı, daha bu qədər yox da...
- İdman... Məşq edirik də...
- Təpənə dəysin sənin idman dərsin!.. Bəsdir, yığış!.
Ancaq qız şirin dilini işə sala-sala onu səhərə qədər rahat buraxmadı. Kişi də bu səbəbdən işə gedə bilmədi. İş yerinə zəng çalası oldu:
- Başa düşün də... Bir az kefsizəm...
Sonrakı günlər də belə... Birtəhər yola verirdi. Xərci-xəcaləti çox olsa da, özü də günü-gündən qıza alışır, hərisləşir ondan əl çəkmirdi. Qız da zarafata salıb deyirdi:
- Qoca tülkü, zarıya-zarıya işindəsən ha... Oramı-buramı ovxalamaqdan, əl gəzdirməkdən yara eləmisən...
- Gəl səni bir öpüm...
- Ağzının suyunu o tərəfə elə... Pulun varsa, pul ver.
- Pul sənə qurbandı...
Ancaq bir neçə gündən sonra lap taqətsizləşdi. Özü ilə bacara bilmirdi. Qız da onu tanbeh edir, lənətləyirdi:
- Nə uzanmısan, bir hərəkət elə də... Başını soxmağa yer axtarırdın... Bu da sənə şey də... Əlinə müftə düşüb... Sən öləsən, pulunu verəcəksən, lap artıqlaması ilə...
Kişi bu üzlər görmüş qızın əlindən qurtarmaq üçün arvadına zəng elədi:
- Qurban olum sənə, tez gəl... Bu qoca vaxtı ağlımı tamam itirmişəm... Özümlə bacara bilmirəm... Nasazam... Xəstələnmişəm... Tez gəl...
Onun bu sözlərini eşidən qız, yuxu dərmanı verib, onu yatızdırdı. Sonra da ayılmasından, evdən getməsindən ehtiyatlanaraq əl-ayaqlarını çarpayıya bağladı. Evi dədə malı kimi yoxlamadan keçirdi. Hər künc-bucağa baş çəkdi, əl gəzdirdi. Kişi ayılanda heyrət içində soruşdu:
- Bu nə hərəkətdi, qancıq?!.
- Ağzını təmiz saxla...
- Əllərimi-ayaqlarımı aç!..
- Çırpınma... Hələ belə mənim bu şeyimi yala... – Beləcə kişinin üstünə uzanıb, bədəninin murdar yerini onun ağzına sürtməkdə idi, – mənim ağlım yox idi, yox idi... Sənə nolmuşdu, dərhal çılpaqlandın, hücuma keçdin... Al, bu da son nəticəsi...
Sonra da beləcə evdən yığışıb getdi. Qohum-qonşu onun səsinə gəlib, kişini çarpayıdan açdılar, özünə gətirdilər... Bəlkə də, arvadı gəlib çıxmasıydı, ölə bilərdi... İlk dəfə o xəbər tutdu, qıy-qışqırıq saldı... Qızın əslində yaşı çox idi... Həbs olunmuş kalonda yatmışdı...