Ağaevli Əli Hacı : - Yağsın üstümə bu gecə
Yağsın üstümə bu gecə
Göylərin yağışı,qarı !
Üst-başım ağartsın üzün
O,qaralmış buludların !
Bir sərçə qonsun sinəmə,
Sinəmdən qəmi dənləsin !
Ayrılığa süfrə açım,
Necədi sükut ?! Dinləsin !
Dilimdə qədim söz qalıb,
Özü tapır yavanlığın !
Mən,şeir yox,səs yazıram
Üşütməkçün qaranlığı !
Təzə rəng tapmışam,təzə
Alla qaranın arası .
Mən,suyun çıxardım,sənsə
Bağla eşqimin yarasın !
Yağsın üstümə bu gecə
Göylərin yağışı,qarı !
Üst-başım ağartsın üzün,
O,qaralmış buludların !