Əbülfət Mədətoğlu : - Bənzətdim

Ədəbiyyat 15:44 / 04.01.2025 Baxış sayı: 966

 


Bu necə sözdü, nağıldı:
- Əvvəldi, yoxsa axırdı?!
Arxamca bir qız baxırdı -
Məni bənzədib kiməsə...

 

Fikrimin düyünü sərtdi,

Sözü ürəyimi çərtdi...
Belə sevmək də bir şərtdi -
Səni bənzədib kiməsə...


Ötür keçsin duman-çəni
Yaxşı görmək üçün məni!
Deməsən də sevdim səni! -
Yəni bənzədib kiməsə...

 

Əlin qaş üstə yeri var,
Sözün sahibi - "meri" var!
Əbülfətin çox şeiri var -
Səni bənzədib kiməsə