Şakir Xanhüseyn : - Tapdım-itirdim...

Ədəbiyyat 15:11 / 08.01.2025 Baxış sayı: 469

 

Bir tapdım-itirdim oyunudu bizimki...

söz o sözdü ki,

dilimi dalayır gisitkən kimi:

tapdım-itirdim...

Bir gül axtarırdım

tapdım, itirdim.

ömrümdə o gün olmasın

bir gün axtardım...

Dünya qovğa-qarğaşalı,

haşalı...

Bəlkə gözdən itsin adam,

bir də gəlməməkçin

harasa getsin,

bəlkə qu quşutək hey ötsün adam:

tapdım-itirdim...

Tale qarğışıdı,

yıxılsam,

dizimi qanadan qaya daşıdı

tapdım itirdim...