Payız - Saqif Qaratorpaq 

Ədəbiyyat 08:52 / 03.10.2024 Baxış sayı: 1257

 

 

Sən ey payız çiçəyi,

Gör nə düşüb bəxtinə.

Içimdə bir sevgi var,

Necə oxşayır sənə.

 

Durnalar köçdü getdi,

Yoxsa yoxdu xəbərin?

Ömrü gödək olurmuş

Payızda sevgilərin...

 

Külək əsir,tökülür

Ağacların yarpağı.

Məni həsrət üşüdər,

Səni payız sazağı.

 

Səhərdi...günəş çıxıb...

Gəl sevinmə bu başdan.

İndi hələ payızdı,

Xəbərin yoxdu qışdan.