"Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq" - Putin

SİYASƏT 17:28 / 08.10.2024 Baxış sayı: 2023

 

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.

Yenises.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.

"Biz hər il MDB-nin mədəniyyət paytaxtını seçirik və bu, bizim ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan yaradıcı və humanitar tədbirlər mərkəzinə çevrilir. İndi bu, Səmərqənddir və təsdiqimiz üçün təklif olunan layihə qərarına əsasən, estafeti Azərbaycanın Laçın şəhəri", - deyə V.Putin bildirib.