İSMAYIL İMANZADƏ : - ŞAİR

Ədəbiyyat 15:10 / 07.06.2023 Baxış sayı: 6110

 

Sevgisi qəlbi coşduran,

Gəlini-qızı çaşdıran.

Baxışı göz qamaşdıran -

Yetənə vurulan şair.

 

Tüstülənər hər yaşında,

Tapar dilini daşın da.

Bir qəfil söz savaşında -

Düyməsi qırılan şair.

 

Gizlətməz başını qında,

Bənd olan deyil heç yanda.

Tək bircə göz qırpımında -

Bulanıb-durulan şair.

 

Qədrini nə bilir naşı,

Qəzəbi də ər savaşı.

Nadanla getsə yanaşı -

Usanıb yorulan şair.

 

Ömrü-günü verməz bada,

Ağzı sözlə gələr dada.

Sınmayır dar ayaqda da -

İçindən qırılan şair.