Əlizadə Nuri : - Yuxusuzluq

Ədəbiyyat 08:39 / 03.10.2024 Baxış sayı: 1017

 

Ağrılar- gül qoxusutək...

Ətrinə dəydim ölümün.

Bir az uzun yaşamaqla

Xətrinə dəydim ölümün.

 

Bir yandan da sənin dərdin,

Bu dərd də ar eləmir.

Sən gözümə dolan gündən

Yuxu da uzaq dolaşır-

Yerini dar eləmir.

 

Çöldə də darıxan payız...

Yağır neçə saatdı.

Çıxarıb son pencəyimi

Üşüyən ağacın

çiyninə atdım...