Əlizadə Nuri : - Dünya boyda imarəti neynirəm...

Ədəbiyyat 17:20 / 17.09.2024 Baxış sayı: 1503

 

O söz məni ovsunlamaz, a şair,

Nə məcazı, nə ecazı yoxdusa.

Bir hecası əsir idi vətənin-

Və- tən olmur bir hecası yoxdusa...

 

Əl tutmuşduq, oynayırdıq ələmnən,

Bir ləl tapıb, böldüm onu lələmnən.

...O, özünü bir gün vurdu qələmnən-

Neynəyəydi tapançası yoxdusa?

 

Dağdan ağır bu minnəti neynirəm?

Sədəqətək sədaqəti neynirəm?

...Dünya boyda imarəti neynirəm-

Sənə baxan bir bacası yoxdusa?!