Əbülfət Mədətoğlu : - Gözlərimin
Bulaq kimi qaynayır qəm
Gözlərimin lap dibində...
Mən bu qəmdən olanda dəm -
Gözlərimin tap, dibində!..
Axşamı da səhər elə
Kimdi deyən qəhər, elə?!.
Sən sevinci kəhər elə -
Gözlərimin çap , dibində!..
Gözün gəzir gündə, kimi?
Mən inancda, dində kimi?!
Son ümidi kündə kimi -
Gözlərimin yap, dibində!..