Dünyanın ən qədim konyakının adı açıqlandı

Maraqli 10:04 / 29.08.2024 Baxış sayı: 1939

 

Niderlanddan olan kolleksiyaçıya məxsus konyak şüşəsi rəsmən dünyanın ən qədim konyakı statusunu alıb,  çünki onun 328 yaşı var. 

Yenises.az  xəbər verir ki,  Nijmegen sakini Lars Yansenin kolleksiyasında saxlanılan 1696-cı il Jules Robin konyakı Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən qədim konyakı seçilib.

Əvvəllər hesab olunurdu ki, ən qədim konyak şüşəsi 1762-ci ildən bəri Gautier konyakıdır. İçki 2020-ci ildə "Sotheby's"də 146.000 dollara satılan ən qədim konyak olmuşdu.("Unikal" )