Cavad Zərif İranın vitse-prezidenti təyin edildi

DÜNYA 11:37 / 02.08.2024 Baxış sayı: 2902

İranın keçmiş xarici işlər naziri Cavad Zərif strateji məsələlər üzrə vitse-prezident təyin edilib.

Yenises.az xəbər verir ki, bu barədə "Tasinm" agentliyi məlumat yayıb. Müvafiq qərarı İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian imzalayıb.

Qeyd edək ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub.